Əsas məzmuna keç

İsrail Tehrandakı hərbi obyektləri vurdu

İsrail Tehrandakı hərbi obyektləri vurdu

İranın paytaxtındakı strateji infrastruktur, SEPAH-ın HHM və ballistik raket anbarları aprelin 3-də İsrailin hücumuna məruz qaldı. Şok detallar xəbərimizdə.

en ru

İsrail Müdafiə Ordusu paytaxt Tehranda İranın əsas infrastruktur obyektlərinə zərbələr endirdiyini rəsmən açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Rəsmi məlumata görə, aprelin 3-də həyata keçirilən zərbələr zamanı İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) obyektləri hədəf alınıb. Xüsusilə, təyyarələri vurmaq üçün nəzərdə tutulan raketlərin saxlanıldığı İslam İnqilabı Keşikçiləri Korpusuna () məxsus strateji HHM obyekti məhv edilib.

Bundan əlavə, İsrail ordusu tərəfindən İranın elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin mühafizəsinə cavabdeh olan xüsusi hərbi obyektinə də zərbə endirilib.

"Paralel olaraq, İsrail Müdafiə Ordusu raketlərin saxlanıldığı obyektə, həmçinin müharibə vasitələrinin digər istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor obyektlərinə zərbələr endirib", - deyə rəsmi bəyanatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…