Əsas məzmuna keç

Argentina Prezidenti bu şirkətlərə qarşı sanksiyalar tətbiq edilə biləcəyini açıqladı

Argentina Prezidenti bu şirkətlərə qarşı sanksiyalar tətbiq edilə biləcəyini açıqladı

Xavyer Miley “Sea Lion” yatağında işləyən Britaniya və İsrail firmalarına sərt xəbərdarlıq etdi. Tierra del Fueqo planı və Trampın dəstəyi nələri dəyişəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Prezidenti Miley Folklend adaları məsələsində Böyük ilə münasibətləri daha da gərginləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Miley xalqa müraciətində Folklend adaları yaxınlığında neft yataqlarının işlənməsi ilə məşğul olan şirkətlərə qarşı iqtisadi sanksiyaların tətbiq biləcəyini açıqlayıb.

Argentina prezidenti Folklend adalarının tarixi və hüquqi baxımdan Argentinaya məxsus olduğunu vurğulayıb.

Miley Britaniya və İsrail şirkətlərinin kəşfiyyat işlərinə başlaması planlaşdırılan “Sea Lion” neft yatağının Argentina üçün “açıq və bilavasitə təhlükə” yaratdığını bildirib. Adalardan təxminən 200 kilometr məsafədə yerləşən yatağın təxminən 1,7 milyard barel neft ehtiyatına malik olduğu təxmin edilir.

“Əgər buna imkan versək, Britaniya hökumətinin resurslarımızdan istifadəsini daha da genişləndirməsi üçün presedent yaradacağıq”, - Miley bildirib.

Miley, həmçinin Argentinanın cənubunda, Tierra del Fueqo bölgəsində hərbi-dəniz bazasının yaradılması planlarını açıqlayıb.

O bildirib ki, ABŞ prezidenti Tramp və Birləşmiş Ştatlar Folklend adaları ilə bağlı tarixi mövqeyini tanıyır.

Qeyd edək ki, Argentina qoşunları 1982-ci ildə ərazi iddialarını müdafiə etmək məqsədilə Folklend adalarına daxil olub. Bu, 74 gün davam edən müharibəyə səbəb olub və nəticədə Britaniya hərbi qüvvələri Argentina qoşunlarını adalardan çıxarıb.

Münaqişə zamanı 255 britaniyalı hərbçi, üç ada sakini və 649 argentinalı hərbçi həlak olub.

Folklend adaları məsələsi Argentinada bu gün də milli suverenlik mövzularından biri olaraq qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…