Operativ Məlumat Mərkəzi

"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib

1 dəq
Paylaş:
"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib
bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb....

İqtisadiyyat Nazirliyi "ZF Group” MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

"Şirkət ərazidə müxtəlif çeşiddə yapışqan lentləri istehsal edəcək, investisiya dəyəri 1 milyon manat olan müəssisə yaradaraq 32 nəfəri daimi işlə təmin edəcək", - deyə nazir qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər