ABŞ-nin texnologiya nəhəngi "Apple" keçmiş mühəndisini oğurluqda günahlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən oğurluq özünü idarə edən avtomobillərlə bağlıdır.
Belə ki, şirkət Çinə gedən sabiq mühəndisinin özünü idarə edən avtomobil texnologiyasını oğurladığını iddia edib.
İddianamədə 6 oğurluq və ya kommersiya sirrini oğurlamağa cəhd qeyd olunub.
Xatırladaq ki, bəhs olunan işçi artıq üçüncü dəfədir ki, Çin üçün texnologiya sirlərini oğurlamaqla ittiham olunub.