Əsas məzmuna keç

ABŞ Çini gizli nüvə sınaqları keçirməkdə ittiham edir

ABŞ Çini gizli nüvə sınaqları keçirməkdə ittiham edir

Vaşinqton Pekinin Sincan bölgəsindəki poliqonda beynəlxalq sazişləri pozaraq gizli sınaqlar apardığını iddia edir.

en ru

ABŞ prezidenti administrasiyasındakı yüksək rütbəli mənbə Çinin nüvə sınaqları keçirdiyinə dair sübutlar təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat "The Washington Post" qəzetində dərc olunub.

Məlumata görə, sözügedən hadisə 22 iyun 2020-ci il tarixində Çinin qərbindəki bölgəsində və gizli obyekt kimi tanınan "Lop-Nur" poliqonunun yaxınlığında baş verib.

ABŞ tərəfi Çinin nüvə sınağı keçirdiyi qənaətinə gəlmək üçün qonşu Qazaxıstandakı stansiyalardan alınan seysmik məlumatlardan istifadə edib.

Nəşr qeyd edir ki, bu kəşf administrasiyasının ABŞ-nin öz nüvə sınaqlarını bərpa etmək istəyi üçün bir növ katalizator rolunu oynayıb.

Bundan əvvəl isə "The New York Times" qəzeti Çinin nüvə qüvvələrini genişmiqyaslı şəkildə artırdığını yazmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…