Operativ Məlumat Mərkəzi

Annalena Berbok İsrailə və Fələstinə səfər edəcək

2 dəq
Paylaş:
Annalena Berbok İsrailə və Fələstinə səfər edəcək
bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yanvarın 6-da Almaniya XİN...

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yanvarın 6-da Almaniya XİN rəhbəri xanım Berbok İsrailə gedəcək və orada İsrail xarici işlər naziri İsrael Katz, Prezident İsaak Herzoqla görüşlər keçirəcək. Bu, oktyabrın 7-dən bəri Almaniya xarici işlər nazirinin İsrailə dördüncü səfəri olacaq.

Almaniyalı nazir regiona səfəri çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşlər keçirəcək.

Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə görüşmək üçün daha sonra Misirə gedəcək.

Almaniya XİN sözçüsü deyib ki, Annalena Berbokun Livana da səfəri planlaşdırılır.

O qeyd edib ki, danışıqlarda "Qəzzada dramatik humanitar vəziyyət, İordan çayının qərb sahilindəki vəziyyət və İsrail-Livan sərhədindəki son dərəcə qeyri-sabit vəziyyət", həmçinin HAMAS-ın girovlarının azad edilməsi üçün səylər müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər