Əsas məzmuna keç

Ankarada meşəlik ərazilərə giriş 30 sentyabradək məhdudlaşdırılıb

Ankarada meşəlik ərazilərə giriş 30 sentyabradək məhdudlaşdırılıb

Türkiyənin paytaxtında meşə yanğınları riskinin qarşısını almaq məqsədilə yaşıllıq zonalarına girişlə bağlı yeni qadağalar tətbiq edilib.

en ru

Ankara ərazisində meşə yanğınları ilə mübarizə və təhlükəsizlik tədbirləri çərçivəsində yeni qərarlar qəbul olunub. Milli parklar, təbiət və meşə parkları istisna olmaqla, vilayət daxilindəki bütün ərazilərə 1 iyundan 30 sentyabradək qadağan edilib.

KİV-in məlumatına görə, bu addım meşəlik və istirahət zonalarında insan və sıxlığının artması, habelə yanğın riski yaradan meteoroloji şəraitin davam etməsi səbəbindən atılıb. Qadağalar çərçivəsində aşağıdakı qaydalar müəyyən edilib:

  • Kempinq fəaliyyətinə icazə verilən obyektlər istisna olmaqla, meşəlik ərazilərdə düşərgə salmaq və çadır qurmaq qadağandır.
  • Tonqal, manqal və samovar yalnız səlahiyyətli qurumların nəzarətində olan istirahət zonaları, təbiət və milli parklarda, xüsusi ayrılmış yerlərdə istifadə edilə bilər.
  • Sözügedən ərazilərə giriş-çıxış saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.
  • Meşə təsərrüfatı ilə bağlı müqaviləli işçilər və idarə əməkdaşları istisna olmaqla, digər vətəndaşların meşəyə girişi məhdudlaşdırılır.

Bundan əlavə, meşəyə yaxın ərazilərdə küləş, bağ-bağça tullantıları və budaqların yandırılması, eləcə də fişəng atılması qadağan olunub. Sənaye obyektləri və ötürücü xətlərin operatorları yanğın riskinə qarşı qabaqlayıcı tədbirlər görməli, zərurət yarandıqda enerji kəsintisi tətbiq etməlidirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…