Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mağara divarlarında ilk dəfə antik insan DNT-si aşkarlandı

3 dəq
Paylaş:
Mağara divarlarında ilk dəfə antik insan DNT-si aşkarlandı

İspaniya və Portuqaliyada yerləşən 11 fərqli mağarada aparılan genişmiqyaslı elmi araşdırma qədim dövrlərə aid yeni məlumatları üzə çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, alimlər qrupu mağara divarlarının yalnız qayaüstü təsvirlər deyil, həm də qədim insanların bioloji izlərini qoruyan unikal arxiv olduğunu edib.

Tədqiqat zamanı sadə cızıqlardan əl izlərinə qədər 24 müxtəlif qayaüstü sənət nümunəsi və divar səthi ətraflı şəkildə araşdırılıb. Alimlər tərəfindən toplanan 120 nümunədən 5-də insan DNT-si aşkarlanıb.

izlərin necə qorunduğu

Mütəxəssislərin fikrincə, qədim genetik materiallar mağara divarlarına birbaşa təmas nəticəsində keçib. Bildirilir ki, insanların tərli əlləri, boya püskürtmək üçün istifadə etdikləri sümük borulardan yayılan tüpürcək və digər bioloji izlər min illər ərzində divarlarda qorunub saxlanılıb.

Xüsusilə, İspaniyada yerləşən "Covarón" mağarasında aşkar edilən DNT nümunələrindən birinin kalsit təbəqəsi ilə örtülməsi onun bu günə qədər yaxşı vəziyyətdə qalmasına imkan verib.

Aparılan nəticəsində müəyyən edilib ki, tapılan DNT nümunələri İberiya yarımadasında geniş yayılmış Qərbi Avrasiya ovçu-yığıcı genetik qrupuna aid "" nümayəndələrinə məxsusdur.

Yeni tədqiqatlar üçün imkanlar açılır

Alimlər bildirirlər ki, bu üsul hələlik konkret mağara rəsmini çəkən şəxsi müəyyən etməyə imkan vermir. Lakin bu kəşf qədim insanların hansı mağaralara daxil olduğunu və divarlara kimlərin toxunduğunu öyrənmək baxımından mühüm elmi addım hesab olunur.

Mütəxəssislər gələcək araşdırmalarda bu metodun daha da təkmilləşdirilməsini və DNT-nin hansı şəraitdə daha uzun müddət qorunduğunu müəyyənləşdirməyi planlaşdırırlar.

Alimlərin fikrincə, bu kəşf yalnız başlanğıcdır. Gələcəkdə hətta üzərində təsvir olmayan mağara divarlarının belə qədim insanların miqrasiya yolları, həyat tərzi və mədəniyyətləri haqqında mühüm məlumatlar verə biləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax