Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gəncədə gizli təlim keçən ispan pilotların hekayəsi: Tarixin unudulmuş səhifəsi

3 dəq
Paylaş:
Gəncədə gizli təlim keçən ispan pilotların hekayəsi: Tarixin unudulmuş səhifəsi

1930-cu illərdə İspaniyadan Azərbaycana gələrək hərbi pilot hazırlığı keçən gənc könüllülərin həyat hekayəsini əks etdirən "The Aviators of Ganja" adlı yeni təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, film Vətəndaş müharibəsi dövründə Sovet İttifaqına göndərilən və Gəncədə (o dövrdə Kirovabad) təlim keçən ispan pilotların taleyindən bəhs edir.

Məlumata görə, 1936-cı ildə general Fransisko Frankonun demokratik hökumətə qarşı qiyamından sonra İspaniya respublikaçıları peşəkar pilot çatışmazlığı ilə üzləşib. Qərb ölkələrindən lazımi dəstək ala bilməyən İspaniya hökuməti pilot hazırlığı üçün SSRİ-yə müraciət edib.

Bildirilib ki, yüzlərlə gənc ispan gizli şəkildə Leninqrad, Moskva, Xarkov və Odessa üzərindən Kirovabad şəhərinə gətirilib. Təlim bazası ciddi məxfilik şəraitində fəaliyyət göstərib, kursantların adları isə rus adları ilə dəyişdirilib.

Qeyd olunub ki, ispan ağır şəraitdə hazırlıq keçiblər. Onlar daşlı-kəsəkli uçuş meydançalarında və sadə baraklarda yaşayıb, "Polikarpov U-2" təyyarələrində uçuş bacarıqları əldə ediblər. Dil baryerini aradan qaldırmaq üçün xüsusi rus-ispan lüğətlərindən istifadə edilib.

Məlumata əsasən, təlimlərini başa vuran pilotlar daha sonra "Tupolev SB-2" bombardmançıları və "Polikarpov I-15", "I-16" qırıcıları ilə döyüş təcrübəsi qazanıblar.

Bildirilib ki, İspaniyaya qayıdan bu pilotların bir qismi sonradan vətənlərinə dönə bilməyib. 1939-cu ildə təlimi tamamlayan 185 pilotdan 101-i Azərbaycanda qalıb, digərləri isə Meksikaya mühacirət edib.

Qeyd olunub ki, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra ispan pilotlar yeni sınaqlarla üzləşiblər. Azərbaycanın neft yataqlarının strateji əhəmiyyət daşıması səbəbindən onlar Bakı səmasının və Qafqaz bölgəsinin müdafiəsində iştirak ediblər.

Sənədli filmdə pilot Xose Mariya Bravonun Bakı ətrafındakı neft yataqlarının müdafiəsində xidmət etdiyi də qeyd olunur.

Məlumata görə, müharibədən sonrakı dövrdə həmin pilotların bir çoxu repressiyalara məruz qalıb və keçmişlərini uzun müddət gizli saxlamağa məcbur olublar.

"The Aviators of Ganja" filmi Azərbaycanın Avropa tarixinin az tanınan səhifələrindən birini və Gəncənin həmin dövrdə hərbi aviasiya hazırlığında oynadığı rolu diqqətə çatdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax