Əsas məzmuna keç

ANAMA: Tərtərdə minaya düşən şəxsin sol ayağı amputasiya olunub

ANAMA: Tərtərdə minaya düşən şəxsin sol ayağı amputasiya olunub

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikası Minatəmizləmə...

Tərtərdə minaya düşən şəxsin sol topuqdan aşağı amputasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, keçmiş ərazisində baş verən hadisəsi zamanı rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.

Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…