Əsas məzmuna keç

Bakı metrosunda qatarların hərəkətində problem aradan qaldırılıb - YENİLƏNİB

Bakı metrosunda qatarların hərəkətində problem aradan qaldırılıb - YENİLƏNİB

bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.***Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem...

ru en

Bakı metropoliteninin üzrə qatarların hərəkəti üzrə intervallara uyğun təmin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

***

Bakı metrosunun bütün istiqamətlərində saatlarında qatarların hərəkətində problem yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şahidlərin sözlərinə görə, qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.

həmçinin Qara Qarayev stansiyasına girişin dayandırıldığını bildiriblər. Bəzi stansiyalarda isə sərnişinlərin qatarlardan düşürüldüyü qeyd olunur.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.

Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.

Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…