Əsas məzmuna keç

"28 May" stansiyasında sərnişin qatar yoluna düşərək öldü

"28 May" stansiyasında sərnişin qatar yoluna düşərək öldü

Bakı Metropolitenində faciə: Relslərin üzərinə yıxılan şəxs dünyasını dəyişib. Stansiyada gərginlik kəsilib, qatarların hərəkətində ciddi yubanmalar yaranıb.

en ru

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “ Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…