Tədqiqatçılar Braziliyanın Amazon tropik meşələrindəki təbii ehtiyatların çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəlik halının qarşısı aldıqlarını açıqlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu yolla sağlamlıq xərclərinə 2 milyard dollar qənaət edildiyi bildirilib.
Amazon meşələri sayəsində daha çox tənəffüs və ürək-damar xəstəliklərinin qarşısı alındığı qeyd edilib.