Əsas məzmuna keç

Alyaskada ayı hücumu: Hərbi bazada iki əsgər yaralandı

Alyaskada ayı hücumu: Hərbi bazada iki əsgər yaralandı

Ankoricdəki Elmendorf-Riçardson poliqonunda təlim keçən ABŞ hərbçiləri vəhşi heyvanın basqınına məruz qalıb. Bibər qazından istifadə edən desantların son durumu...

en ru

İki amerikalı Ankoricdəki (Alyaska ştatı) Elmendorf-Riçardson hərbi bazasının ərazisində ayının hücumuna məruz qalaraq yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Əsgərlərin səhhəti barədə məlumat verilmir. Onlara tibbi yardım göstərilib.

ordusunun 11-ci hava-desant diviziyasının mətbuat katibi podpolkovnik Co Nederhud "Anchorage Daily News" nəşrinə bildirib ki, hər iki əsgər ayıya qarşı bibər qazı tətbiq edib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil, araşdırma davam edir.

Hadisə aprelin 16-da bazanın ərazisinə aid olan Arktik-Velli rayonunda təlim zamanı baş verib. Əsgərlər özünümüdafiə məqsədilə heyvana qarşı bibər qazı tətbiq ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #əsgər#biber
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…