Bu gün Qazaxıstanın Almatı şəhərinin yaxınlığında zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bizmedia.kz" məlumat yayıb.
Həmçinin oxuyun
Region xəbərləri
•
2 gün əvvəl
İran ABŞ-yə xəbərdarlıq etdi
Məlumata görə, şəhər sakinləri təxminən saat 12:45 radələrində titrəyiş hiss ediblər.
Şəhərdə sirenalar işə düşüb və bəzi sakinlərə təhlükə barədə telefon vasitəsilə xəbərdarlıq göndərilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Təcili Hallar seysmik stansiyalar şəbəkəsi 2-3 bal gücündə zəlzələni qeydə alıb.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bildirilir ki, Bişkek sakinləri də Almatı yaxınlığında baş verən zəlzələni hiss ediblər.