Almaniyada otelin uçması nəticəsində bir nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" jurnalı məlumat yayıb.
Polisin məlumatına görə, bir mərtəbə uçub. Buna nəyin səbəb olduğu hələ məlum deyil. Bir nəfər ölüb. Hadisə zamanı binada 14 nəfər olub. Beş nəfər oteldən sağ-salamat qaça bilib.
Dörd sakin dağıntılar altından xilas edilib. Bundan əlavə, qəzalı binanın yaxınlığında olan 31 nəfər təxliyə edilib.
Yanğınsöndürənlər, polis və tibb işçiləri də daxil olmaqla 250-yə yaxın təcili yardım xidməti hadisə yerinə gedib, xüsusi təyinatlılar, xilasedici itlər və dron qrupları da xilasetmə əməliyyatına kömək edir.