Əsas məzmuna keç

İspaniyada zəlzələlər: "El Hamra Sarayı"nda ziyarət məhdudlaşdırıldı, otellər boşaldıldı

İspaniyada zəlzələlər: "El Hamra Sarayı"nda ziyarət məhdudlaşdırıldı, otellər boşaldıldı

İspaniyanın Qranada şəhərində baş verən ardıcıl zəlzələlər ciddi tədbirlərin görülməsinə səbəb olub; tarixi abidələrdə ziyarət dayandırılıb, əhali arasında təxliyə prosesi başlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İspaniyanın cənubunda Qranada şəhərində yeraltı təkanlar ciddi narahatlığa səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Milli Coğrafiya İnstitutunun (IGN) məlumatına görə, çərşənbə axşamı bölgədə bir neçə qeydə alınıb və onların hər birinin maqnitudası 4,0-dən yuxarı olub.

Endülüs bölgəsinin fövqəladə hallar üzrə rəsmisi Antonio Sanzın sözlərinə görə, zəlzələlər nəticəsində azı üç nəfər yüngül xəsarət alıb. Onlardan bir uşağın xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bölgədə narahatlıq şənbə günü baş verən 5,0 maqnitudalı zəlzələdən sonra daha da artıb. İlkin yoxlamalar zamanı tarixi tikililərdə ciddi dağıntı qeydə alınmasa da, ardıcıl təkanlar səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

İslam memarlığının mühüm nümunələrindən olan və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən “El Hamra ” kompleksinin bəzi hissələrinə turistlərin girişi müvəqqəti olaraq dayandırılıb.

Qranada vilayət rəhbərliyinin məlumatına görə, inzibati binaların, muzeylərin və idman qurğularının fəaliyyəti də müvəqqəti dayandırılıb. İlkin tibbi yardım mərkəzlərinin isə fəaliyyətini davam etdirdiyi bildirilir.

sistemində də təhlükəsizlik tədbirləri görülüb. Şəhər metrosunda qatarların hərəkət sürəti saatda 30 kilometrə endirilib. Bəzi otellərdə isə ehtiyat tədbiri olaraq insanların təxliyəsi həyata keçirilib.

Zəlzələlərin episentrlərindən biri Qranada şəhər mərkəzindən təxminən 10 kilometr cənubda yerləşən Qojar qəsəbəsi olub.

Saat 10:37-də qeydə alınan 4,7 maqnitudalı zəlzələnin yerin dayaz qatında baş verməsi səbəbindən ətraf yaşayış məntəqələrində daha güclü hiss edildiyi bildirilir. Əsas təkanın ardından bölgədə qısa fasilələrlə daha iki zəlzələ qeydə alınıb.

Rəsmilər ərazidə vəziyyəti izləməkdə davam edir və mümkün yeni təkanlarla bağlı təhlükəsizlik tədbirlərinin qüvvədə saxlanıldığını bildirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…