Əsas məzmuna keç

Almaniyada anomal istilər: 5 mindən çox insan həyatını itirdi

Almaniyada anomal istilər: 5 mindən çox insan həyatını itirdi

Robert Koch İnstitutunun hesabatına görə, ölkədə qeydə alınan rekord temperatur göstəriciləri xüsusilə yaşlı nəslin nümayəndələri üçün ölümcül nəticələrə səbəb olub.

en ru

Almaniyada müşahidə olunan güclü istilər ölkədə ölüm hallarının artmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, " Koch İnstitutu"nun (RKI) yayımladığı hesabatda temperaturun əhali arasında ölüm hallarına təsir etdiyi bildirilib.

Məlumata görə, iyun ayının sonlarında Almaniyada hava temperaturu rekord həddə yüksəlib. Rəsmi statistikaya əsasən, ilin 15-ci həftəsindən 26-cı həftəsinə qədər olan dövrdə istilərlə əlaqəli səbəblərdən təxminən 5 min 120 nəfər həyatını itirib.

Bildirilib ki, ekstremal isti hava şəraitindən daha çox yaşlı insanlar zərər çəkib. İyunun 28-dək qeydə alınan ölüm hallarının təhlilinə əsasən, vəfat edənlərin 2 min 950 nəfəri 85 yaşdan yuxarı şəxslər olub.

Qeyd olunub ki, səhiyyə qurumları xüsusilə risk qrupuna daxil olan vətəndaşlara günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq və zəruri qoruyucu tədbirlər görmək barədə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…