Almaniya və İngiltərə millilərinin fanatları arasında dava düşüb

Almaniya və İngiltərə millilərinin fanatları arasında dava düşüb
06.07.2024 15:10
Aa
dəq

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Daily Mail"ə istinadən xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı fanatları ələ salması səbəb olub.

İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və davaya səbəb olub. Nəticədə hadisəyə polislər müdaxilə etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev özünün sosial media hesabında M.Demirelə qarşı haqsız cəzanı sərt şəkildə qınayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 6-da “X” hesabında Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edib: “Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Merih Dəmiral iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Həftənin ən çox oxunanları

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib

DAVAMIN OXU davamın oxu

"Sumqayıt" legioner futbolçunun transferini açıqlayıb

DAVAMIN OXU davamın oxu

İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb

İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb
DAVAMIN OXU davamın oxu

"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib

DAVAMIN OXU davamın oxu

"Sabah"ın futbolçusu "Turan Tovuz"a keçib

DAVAMIN OXU davamın oxu