Operativ Məlumat Mərkəzi

Almaniya Danimarka ilə birlikdə Ukraynaya "Leopard" tankları tədarük edib

1 dəq
Paylaş:
Almaniya Danimarka ilə birlikdə Ukraynaya "Leopard" tankları tədarük edib
bu barədə Almaniya KİV-ləri məlumat yayıb. Hərbi yardım paketinə həmçinin 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları (PUA), 8,5 min...

Almaniya Danimarka ilə birgə layihə çərçivəsində Ukraynaya 10 Leopard tankı tədarük edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Hərbi yardım paketinə həmçinin 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları (PUA), 8,5 min 155 mm-lik artilleriya mərmisi, “Leopard-2”, “Dachs” tankları və “Marder” piyada döyüş maşınları üçün 20 MG3 pulemyotu daxildir.

Bildirilib ki, 3 HIMARS reaktiv buraxılış raket sisteminin Kiyevə tədarükü ilə bağlı hazırlıqlar həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər