Əsas məzmuna keç

Alisson Beker "Yuventus"la razılaşdı

Alisson Beker "Yuventus"la razılaşdı

"Liverpul"un braziliyalı qapıçısı Alisson Beker karyerasını İtaliyada davam etdirməyə yaxındır.

en ru

"" klubunun təcrübəli qapıçısı Alisson Beker yenidən İtaliya A Seriyasına qayıtmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə "" rəhbərliyi arasında artıq razılıq əldə olunub.

Hazırda transferin reallaşması üçün "Liverpul"un yekun qərarı gözlənilir.

Braziliyalı qapıçı bu mövsüm statistik cəhətdən yaxşı təsir bağışlayaraq 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Lakin zədələr onun çıxışına mənfi təsir göstərməkdə davam edir.

Bu mövsüm zədə səbəbindən 16 matçı buraxıb. Ötən mövsüm isə analoji səbəbdən 26 qarşılaşmada iştirak edə bilməyib.

Xatırladaq ki, Alisson 2018-ci ildə 72 milyon avro müqabilində İtaliyanın "Roma" klubundan İngiltərəyə transfer olunmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…