Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilib

Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilib
21.08.2024 11:01
Aa
dəq

Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində məhkəmələrə elektron qaydada müraciət etmək imkanı daha da genişləndirilib.

Ali Məhkəmədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, “Elektron kabinet” istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları “Elektron kabinet” vasitəsilə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.

İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə “Elektron kabinet”ə daxil olmalı, oradan “Yeni ərizə” bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatların daxil edilməsini ardıcıl şəkildə təmin etməli və elektron imza ilə təsdiq etməlidirlər.

Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin sürətləndirilməsinə xidmət edəcək.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu