Əsas məzmuna keç

Ali Məhkəmədə vərəsəlik hüququ ilə bağlı məsələlər müzakirə edilib

Ali Məhkəmədə vərəsəlik hüququ ilə bağlı məsələlər müzakirə edilib

Ali Məhkəmədə Mülki kollegiyanın hakimləri ilə Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ölkəmizin vərəsəlik ilə bağlı yeni dövrə keçidini şərtləndirmiş Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelər müzakirə edilib.

Tədbirdə xüsusilə, bu hüquqi mövqelərin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi sahəsində notariat orqanlarının fəaliyyətinə və məhkəmə təcrübəsinə təsiri, təcrübənin vahidliyini təmin edəcək yeni yanaşmalar, habelə aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi və vətəndaşların maarifləndirilməsi ilə bağlı həyata keçirilməsi zəruri olan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində üzə çıxacaq çətinliklərin operativ həlli məqsədi ilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…