Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ali Məhkəmə: Köhnə xəbərlər silinə bilər

5 dəq
Paylaş:
Ali Məhkəmə: Köhnə xəbərlər silinə bilər

Ali vətəndaşların mediada yayılan məlumatların silinməsini tələb etmək hüququnu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məhkəmənin yaydığı rəsmi məlumatda bildirilib.

Məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb.

Ali Məhkəmənin "Unudulmaq hüququ" ilə bağlı yeni mövqeyi

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum Qərarında bu hüquqla bağlı yeni mövqelər sərgiləyib. Məhkəmənin rəyinə görə, hallar sonsuza qədər davam edə bilməz.

İctimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

İnternetdən məlumatların silinməsi hansı hallarda mümkündür?

Həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, informasiya köhnələrsə və öz aktuallığını itirərsə, şəxs bu barədə tələb irəli sürə bilər. Əsas şərt odur ki, məlumat artıq dövlət və ictimaiyyət üçün maraqlı olmasın.

Lakin belə tələblərin təmin olunması üçün məlumat platformada yayılmış olmalıdır. Eyni zamanda, şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi, əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı əhəmiyyət daşımaması deməkdir.

Şəxsi və işgüzar reputasiyanın qorunması

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər.

Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Hüquqi şəxslər və şirkətlər unudulma hüququndan istifadə edə bilərmi?

Unudulmaq hüququ yalnız şəxslərə məxsus deyil, həm də şəxslərə aid qeyri-əmlak hüququ sayılır.

Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsi tələb edilə bilər. İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalaramedia subyektlərinə qarşı qaldırılmalıdır.

Unudulmaq hüququnun əhatə dairəsi

Qeyd edək ki, unudulmaq hüququ rəqəmsal platformalarda əvvəllər yayılmış, fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) silinməsini nəzərdə tutur.

Bura həmçinin məlumatların anonimləşdirilməsi, gizlədilməsi, arxivləşdirilməsi və ya əlçatanlığın məhdudlaşdırılması daxildir. Əsas səbəb həmin məlumatların sonradan dövlət və ictimai maraq baxımından əhəmiyyət kəsb etməməsi olmalıdır.

İstisna hallar: Hansı məlumatlar silinə bilməz?

Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər. Bu tip informasiyalar öz aktuallığı ilə cəmiyyətin gündəmində və legitim maraq dairəsində qala bilər.

Belə məlumatların yayılması qanunidir. Şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur.

Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini və ya silinməsini tələb edə bilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax