Əsas məzmuna keç

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Məhkəmə-Hüquq Şurasının qərarı ilə vəzifəyə gətirilən yeni hakim Vətən müharibəsi qəhrəmanının yaxın qohumudur. Bu təyinatın təfərrüatları nədən ibarətdir?

en ru

Məlum olduğu kimi, bu gün İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, onların arasında Vətən müharibəsi şəhidi Yüksəl Əlizadənin qardaşı Əli Əlizadə də var.

O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

Qeyd edək ki, Yüksəl Əlizadə də hüquqşünas olub, İnzibati-İqtisad məhkəməsində, Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

Onların atası mərhum İlqar Əliyev də sabiq prokurorluq əməkdaşı olub.

Y.Əlizadə 9 noyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 20-si Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…