Əsas məzmuna keç

Alen Simonyan Türkiyədə Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib

Alen Simonyan Türkiyədə Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib

İstanbuldakı təmaslardan razı qalan Ermənistan spikeri Real TV-yə mühüm açıqlamalar verdi. Bakı və İrəvan arasında ticarət və iqtisadi əlaqələr necə qurulacaq?

en ru

parlamentinin spikeri Alen aprelin 17-si İstanbulda azərbaycanlı həmkarı ilə görüşünü qiymətləndirib, tərəflər arasında fikir ayrılıqlarının olmadığını qeyd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Simonyan Azərbaycanın "Real TV" telekanalına bildirib.

"Görüş (Sahibə Qafarova ilə - red.) yaxşı keçdi. Bizim heç bir fikir ayrılığımız olmadı. Siz təəccüblənə bilərsiniz, lakin fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, əməkdaşlıq və gələcək əməkdaşlıq üçün planlar var. Müzakirələr zamanı heç bir əngəlimiz yoxdur və ümid edirəm ki, olmayacaq", - o deyib.

ilə İrəvan arasında ticari-iqtisadi əlaqələrin qurulması ilə bağlı sualı cavablandıran Simonyan qarşılıqlı ticarətin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

"Mən çoxdandır bu barədə deyirəm: ticarət aparmalıyıq. Düşünürəm ki, bu əməkdaşlığı genişləndirməliyik. Bildiyim qədəriilə, sahibkarlar, hökumətlər və müvafiq strukturlar artıq bu istiqamətdə işləyirlər və bu çox yaxşıdır. Hər iki ölkənin maraqları naminə bu işi davam etdirmək və dərinləşdirmək lazımdır", - o əlavə edib.

Simonyan, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…