Ailəsinə və xalqına təşəkkür etdi – İlin ən yaxşısı

Ailəsinə və xalqına təşəkkür etdi – İlin ən yaxşısı
28.02.2023 10:45
Aa
dəq

2022-ci ilin ən yaxşı kişi futbolçusuna təqdim olunan “The Best” mükafatını Lionel Messi qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, FİFA tərəfindən mükafata layiq görüldükdən sonra millidəki komanda yoldaşlarına, ailəsinə və Argentina xalqına təşəkkür edib:

“Bu, bütün komandanın əldə etdiklərimizə görə xidmətlərinin tanınmasıdır. Ötən il uzun müddətdir can atdığım arzumu həyata keçirə bildim. Bunu hər bir futbolçu arzulayır, lakin çox az adam arzusunu reallaşdıra bilər.

Mən ailəmə və Argentina xalqına həyatımız boyu xatırlayacağımız bu xüsusi ayda bizə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm”.

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi Kilian Mbappe və Kərim Benzemanı qabaqlayıb.

Messi Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub. O, həm də turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu