Avropa İttifaqı (Aİ) İsrail-Fələstin probleminin iki dövlətli həllinə nail olmaq məqsədi ilə Yaxın Şərq Sülh Prosesini canlandırmaq səylərini gücləndirməyi hədəfləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrel İsrail-Fələstin münaqişəsi ilə bağlı bloq yazısında qeyd edib.
Bəyanatdan istifadə edən Borrel vurğulayıb ki, yeni dövr çox təhlükəli ola bilər, ona görə də beynəlxalq ictimaiyyət qlobal sülhə təhlükənin qarşısını almalıdır.
"Çox uzun müddət Fələstin məsələsi yoxmuş kimi və ya problem öz-özünə həll olunacaqmış kimi davranmağa çalışdıq. Bir parçası olduğumuz beynəlxalq ictimaiyyət həyata keçirmək üçün lazım olanı etmədi".