Operativ Məlumat Mərkəzi

Aİ XİN başçıları Gürcüstanı müzakirə edəcəklər

1 dəq
Paylaş:
Aİ XİN başçıları Gürcüstanı müzakirə edəcəklər
bu barədə qurumun rəsmi saytında bildirilib. Qeyd olunub ki, ali nümayəndə nazirləri oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri və davam edən...

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçiriləcək iclasında Gürcüstanla bağlı da müzakirələr aparılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Qeyd olunub ki, ali nümayəndə nazirləri oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri və davam edən demokratik geriləmə də daxil olmaqla Gürcüstandakı son vəziyyətlə bağlı məlumatlandıracaq.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək toplantının gündəliyində Yaxın Şərqdə vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hadisələr də yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər