Avropa İttifaqı üzv ölkələrdə hərbi sursat istehsalını artırmaq üçün şirkətlərə 500 milyon avro maliyyə dəstəyi verməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin Sənaye komissarı Thierry Breton, Brüsseldə keçirdiyi mətbuat konfransında, Ukraynaya göndərilən sursatlar səbəbiylə azalan silah ehtiyatlarını gücləndirmək üçün hazırlanan təklifi açıqlayıb.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropa ölkələrinin Ukraynaya əhəmiyyətli miqdarda sursat təmin etdiyini xatırladan Breton, Ukraynaya top mərmilərinin göndərilməsinin vacibliyinə diqqət çəkib.
Aİ Ukraynaya 1 il ərzində 1 milyon top gülləsi verməyi planlaşdırır.