Əsas məzmuna keç

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə etməyə başlayacaq

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə etməyə başlayacaq

bu barədə "Politico" avropalı diplomatlara istinadən məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası yanvar ayından etibarən yeni məhdudiyyət...

Avropa İttifaqı (Aİ) gələn ilin əvvəlində Rusiyaya qarşı növbəti – 20-ci sanksiya paketinin hazırlanmasına start verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası yanvar ayından etibarən yeni tədbirlərinin layihəsi üzərində işləməyə başlayacaq.

Diplomatik mənbələr bildiriblər ki, bu paket Rusiyanın ixracından əldə etdiyi gəlirləri azaltmağa, eləcə də Moskvanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə yönələ bilər.

Sanksiya təkliflərinin dəqiq məzmunu hələlik açıqlanmayıb. Aİ daxilində mövzu üzrə müzakirələrin yaxın aylarda intensivləşəcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…