Əsas məzmuna keç

Aİ 90 günlük tarif fasiləsində həll yolu tapmaq istəyir

Aİ 90 günlük tarif fasiləsində həll yolu tapmaq istəyir

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki ,Donohoe Varşavada keçirilən Avrozona ölkələrinin maliyyə nazirlərinin toplantısının girişində...

Group prezidenti və İrlandiyanın maliyyə naziri Paschal Donohoe, ABŞ-nin tariflərlə bağlı verdiyi 90 günlük fasilənin bir fürsət pəncərəsi olduğunu və bu müddət ərzində alternativ həll yolları tapmağa çalışacaqlarını deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki ,Donohoe Varşavada keçirilən Avrozona ölkələrinin maliyyə nazirlərinin toplantısının girişində mətbuata açıqlama verib.

O, bu gün keçiriləcək Qrupu toplantısında qlobal iqtisadiyyatda baş verən dəyişiklikləri qiymətləndirəcəklərini və ABŞ-ın tariflərinin Avro Bölgəsinin performansına təsirlərini və üzərində çalışdıqları digər planları müzakirə edəcəklərini deyib.

Aİ Komissiyasının sədri Ursula von der Leyenin ABŞ-nin tarifləri ilə bağlı masada bir çox fərqli variantın olması lazım olduğu fikrində olduğunu qeyd edən Donohoe, Biz əvvəlcə danışıqlar aparmaq və dünyada baş verən hadisələrə mütənasib və strateji cavab vermək istəyirik deyib.

Qarşılaşdığı kommersiya problemlərinin həlli üçün danışıqların doğru yol olduğuna diqqət çəkən Donohoe, Aİ ölkələrinin birlikdə hərəkət edəcəklərini söyləyib..

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…