Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağsuda qadını öldürməkdə təqsirləndirilən şəxslər həbs edildi

2 dəq
Paylaş:
Ağsuda qadını öldürməkdə təqsirləndirilən şəxslər həbs edildi

Qəsdən adam öldürməkdə şəxslər həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağsu rayon prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, martın 23-də Ağsu rayonunda otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış üzrə Əyyub Sahabov və Seymur Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax