Operativ Məlumat Mərkəzi

Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlanıb

1 dəq
Paylaş:
Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlanıb
Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət...

Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər