Əsas məzmuna keç

Ağstafada polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs edilib

Ağstafada polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs edilib

Ağstafa Rayon Şöbəsinin Dövlət Bölməsinin (RPŞ, DYPB) əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə qaydalarını pozduğu üçün “” işarəsi verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb.

Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında idarə edən sürücü Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…