Ağstafada ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

Ağstafada ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib
22.11.2023 12:56
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa rayonunda Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, rayon kommunal xidmətlərinin, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.

Məşq zamanı Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən qüvvələrə baxış keçirilib.

Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu