Əsas məzmuna keç

Ağdam və Füzulinin bərpasında ənənə və innovasiya yanaşması

Ağdam və Füzulinin bərpasında ənənə və innovasiya yanaşması

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərinin müasir texnologiyalar əsasında həyata keçirildiyini bildirib.

en ru

, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxış edib. O, işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesinin idarəetmədən başlayaraq layihələrin icrasına, mərhələli yanaşmaya və əhalinin geri qayıdışına qədər geniş bir spektri əhatə etdiyini vurğulayıb.

Emin Hüseynovun sözlərinə görə, bərpa və yenidənqurma işləri aparılarkən keçmiş standartlara kor-koranə qayıtmaq əvəzinə, müasir dövrün tələbləri nəzərə alınmalıdır: “Keçmiş Ağdam və Füzuli ilə bağlı nostalji və hisslər mövcuddur. Amma dünya dəyişir, texnologiya inkişaf edir və biz innovasiya, texnologiya əsaslı inkişaf dövründə yaşayırıq. Buna görə də texnologiyanın təqdim etdiyi ən yaxşı imkanlardan istifadə etməliyik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…