Əsas məzmuna keç

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib

FHN-in yanğınsöndürənləri Ağdam-Füzuli yolunda alovla mübarizə aparır. Ərazinin minalanmış olması təhlükəsizlik tədbirlərini və əməliyyatı çətinləşdirir.

en ru

Fövqəladə Hallar Nazirliyinin () “112" qaynar telefon xəttinə rayonu istiqamətində, Ağdam-Füzuli yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…