Əsas məzmuna keç

Ağ Ev: ABŞ və İran birbaşa danışır

Ağ Ev: ABŞ və İran birbaşa danışır

İslamabadda Pakistanın iştirakı ilə Cey Di Vens, Cared Kuşner və Abbas Əraqçi arasında kritik görüş keçirilir. Üçtərəfli müzakirələrin maraqlı detalları burada.

en ru

, İran və nümayəndələri İslamabadda birbaşa danışıqlar aparırlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin mətbuat xidmətinin məlumatında deyilir.

"ABŞ, Pakistan və İran bu gün üçtərəfli əyani görüş keçirir... Bu mövzu ilə bağlı məsələlər üzrə amerikalı ekspertlər tam tərkibdə İslamabaddadır. Vaşinqtonda olan ekspertlər isə əlavə dəstək göstərirlər", - bəyanatda qeyd olunub.

Daha əvvəl "Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di , xüsusi elçi Stiv Uitkoff və sahibkar İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi və Pakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.

Amerikanın danışıqlar qrupunun iştirakçıları arasında həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini, eyni zamanda, Vensin milli təhlükəsizlik üzrə köməkçisi olan Endryu Beyker, eləcə də vitse-prezidentin Asiya məsələləri üzrə müşaviri Maykl Vens də var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…