Əsas məzmuna keç

ABŞ və İran danışıqları sabah davam edəcək

ABŞ və İran danışıqları sabah davam edəcək

İslamabaddakı diplomatik marafon: Cey Di Vens, Abbas Əraqçi və Cared Kuşner arasında müzakirələr uzadılır. Kritik görüşün pərdəarxası məqamları artıq bəllidir.

en ru

İslamabadda üz-üzə gələn İran və nümayəndə heyətləri arasında keçirilən həlledici danışıqlar daha bir gün uzadıla bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.

Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib. "Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var", - məlumatda qeyd olunub.

"Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di , xüsusi elçi Stiv Uitkoff və sahibkar ; İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Əraqçi və Pakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…