Əsas məzmuna keç

ADB-nin Rəhbərlər Şurasının 58-ci illik toplantısının tarixi və yeri açıqlanıb

ADB-nin Rəhbərlər Şurasının 58-ci illik toplantısının tarixi və yeri açıqlanıb

Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 58-ci illik toplantısı mayın 4-7-də ilk dəfə İtaliyanın Milan şəhərində keçiriləcək. "Operativ Məlumat...

Asiya İnkişaf Bankının (ADB) Şurasının 58-ci toplantısı mayın 4-7-də ilk dəfə İtaliyanın Milan şəhərində keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə ADB-yə istinadən xəbər verir.

Məlumata görə, toplantıda ADB-yə üzv ölkələrin maliyyə nazirləri və rəhbərləri, təşkilatların rəsmiləri, həmçinin özəl sektorun, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak edəcək. Tədbirin İtaliya, Avropa və Asiya-Sakit Okean regionu iqtisadiyyatları arasında qarşılıqlı anlaşmanı və iqtisadi əməkdaşlığı gücləndirərək yeni zirvələrə yüksəltməsi gözlənilir.

Xatırladaq ki, 1999-cu ildən ADB-nin üzvüdür və bu vaxta qədər Bank Azərbaycana 5 milyard ABŞ dollarından çox kredit verib.

ADB 1966-cı ildə təsis edilib və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…