Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqlar Rusiya və Amerika tərəflərinin görüşündən sonra təxirə salınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The New York Times" qəzeti yayımlayıb.
Materialda qeyd olunur ki, fevralın 1-nə təyin edilmiş ərazi məsələləri üzrə danışıqların ikinci raundu tərəflərin Floridada baş tutan görüşündən sonra bir neçə gün müddətinə dondurulub.
Görüşün vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi səbəb açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya səfər dəvətinə cavab vermişdi. O, Rusiya lideri Vladimir Putinlə Rusiya ərazisində görüşməyin qeyri-mümkün olduğunu qəti şəkildə bildirmişdi.