Operativ Məlumat Mərkəzi

Abşeronda yaşayış binasında yanğın olub

1 dəq
Paylaş:
Abşeronda yaşayış binasında yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat...

Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər