Əsas məzmuna keç

Abşeronda içməli su təchizatı bərpa olunur: ADSEA-dan açıqlama

Abşeronda içməli su təchizatı bərpa olunur: ADSEA-dan açıqlama

İntensiv yağıntıların sıradan çıxardığı nasos stansiyasında təmir sürətləndi. Su Ehtiyatları Agentliyi suyun nə vaxt tam qaydaya salınacağını açıqladı. Detallar:

en ru

Aylıq normanı 6 dəfədən çox intensiv yağıntılar nəticəsində rayonu ərazisində irihəcmli nasos stansiyasının fəaliyyətində yaranmışdı. Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və digər aidiyyəti dövlət qurumlarının birgə səyləri ilə hazırda stansiyanın fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.

ADSEA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görülən operativ tədbirlər nəticəsində nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib.

“Hazırda rayonun bütün ərazilərinə içməli suyun verilməsi təmin olunur. Nasos stansiyasının fəaliyyəti tam bərpa edildikdən sonra su təchizatı əvvəlki qrafik rejimə uyğun şəkildə həyata keçiriləcək”, - deyə ADSEA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, stansiyada yaranmış nasazlıq səbəbindən bəzi ərazilərdə yağış sularının kənarlaşdırılması prosesində müəyyən çətinliklər müşahidə olunur. Bununla belə, agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…