Operativ Məlumat Mərkəzi

ABŞ və İordaniya Qəzzanın şimalına hava vasitəsilə ərzaq yardımı göndərib

1 dəq
Paylaş:
ABŞ və İordaniya Qəzzanın şimalına hava vasitəsilə ərzaq yardımı göndərib
bu barədə CENTCOM-un sosial media platformasındakı hesabında məlumat verilib. Açıqlamada Qəzzada mülki vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün...

ABŞ Mərkəzi Komandanlığı İordaniya Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağının şimalına humanitar yardım göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CENTCOM-un sosial media platformasındakı hesabında məlumat verilib.

Açıqlamada Qəzzada mülki vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün havadan yardım edildiyi, ərzaq yardımının 11 min 500 yeməyə bərabər olduğu bildirilib.

Açıqlamada havadan yardım paketlərində düyü, un, makaron və konservlərin olduğu bildirilib və havadan yardımın davam edəcəyinə dair mesaj verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər