Əsas məzmuna keç

ABŞ: Suriya hökumətinin hərəkətlərini yaxından izləməyə davam edirik

ABŞ: Suriya hökumətinin hərəkətlərini yaxından izləməyə davam edirik

BMT Təhlükəsizlik Şurasında Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin iştirakı ilə Suriyadakı hadisələrlə bağlı sessiya keçirilib. Bu barədə...

Təhlükəsizlik Şurasında Suriyanın naziri Həsən Şeybaninin iştirakı ilə Suriyadakı hadisələrlə bağlı sessiya keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Burada çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi ABŞ-ın “ müvəqqəti administrasiyasının” hərəkətlərini yaxından izləməkdə davam etdiyini və administrasiyadan gözlədikləri müəyyən addımların olduğunu bildirib.

"Ümid edirik ki, martın sonunda elan edilən müvəqqəti kabinet müsbət addımdır. Bununla belə, dəfələrlə qeyd etdiyimiz kimi, əsas vəzifələrə daha ixtisaslı və təmsilçi şəxslərin təyin olunmasını və əlavə addımların atılmasını gözləyirik",- deyə o qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…