Əsas məzmuna keç

ABŞ səfirliyindən “Qarabağ”a tarixi uğur münasibətilə təbrik

ABŞ səfirliyindən “Qarabağ”a tarixi uğur münasibətilə təbrik

Birləşmiş Ştatların nümayəndəliyi Ağdam klubunun UEFA Çempionlar Liqası pley-offuna vəsiqəsini qutladı. FIFA Dünya Çempionatı ərəfəsində paylaşılan mesajın mətni.

ru en

ABŞ-ın Azərbaycandakı səfirliyi “” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasını xüsusi təbriklə qeyd edib. Bununla bağlı səfirliyin rəsmi hesablarında paylaşım edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, paylaşımda bu nəticənin futbolu tarixində ilk dəfə əldə olunduğu vurğulanıb. Bildirilib ki, “Qarabağ”ın Avropanın ən nüfuzlu klub turnirində göstərdiyi ardıcıl və inamlı çıxışlar əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın bariz nümunəsidir.

Təbrik mesajında, həmçinin idmanın xalqları və mədəniyyətləri bir araya gətirən universal gücünə diqqət çəkilib. Qeyd olunub ki, ABŞ-ın iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyinə hazırlaşdığı bir dövrdə futbolun milyonlarla azarkeşi sevindirən, sərhədləri aşan təsiri bir daha ön plana çıxır.

Səfirlik gələcəkdə də dünya üzrə futbolsevərlərə yaddaqalan və ilhamverici anların yaşadılacağına inamını ifadə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…