Əsas məzmuna keç

ABŞ: Rusiyanın İrana yardım etməsinə dair sübut yoxdur

ABŞ: Rusiyanın İrana yardım etməsinə dair sübut yoxdur

ABŞ-nin NATO elçisi Metyu Uitaker və Stiv Uitkof Yaxın Şərqdə kəşfiyyat ötürülməsi ilə bağlı faktları açıqladı. Ağ Evin rəsmi mövqeyi və mühüm detallar saytımızda.

ru en

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Vaşinqtonun Rusiyanın Yaxın Şərq münaqişəsində İrana kömək etdiyinə dair heç bir dəlil görmədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın İranın fəaliyyətlərində iştirak etdiyini təsdiqləyən faktlar mövcud deyil.

“Rusiyanın İranın hərəkətlərində iştirak etdiyini açıq şəkildə deyə biləcəyimizə dair heç bir dəlil yoxdur. Bundan əlavə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi da Rusiyanın bunu etmədiyini bildirdiyini deyib”, – deyə Uitaker qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkof bir müddət əvvəl CNBC telekanalına açıqlamasında Rusiyanın İrana kəşfiyyat məlumatları vermədiyini bildirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…