ABŞ ordusu Avropada hücumların planlaşdırılmasına cavabdeh olan İŞİD-in yüksək rütbəli liderinin Suriyada endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə , Xalid Aydd Əhməd əl-Cəburi bazar ertəsi ölüb.
Hücum nəticəsində mülki vətədanşlar içərisində ölən və yaralananların olmadığı bildirilib.
“Ağ Dəbilqəlilər” təşkilatı "Twitter" hesabında yazıb ki, naməlum pilotsuz təyyarə həmin şəxsə zərbə endirib.