Əsas məzmuna keç

İran ABŞ bazalarını dronla vurdu

İran ABŞ bazalarını dronla vurdu

Tehranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum Yaxın Şərqdə gərginliyi pik həddə çatdırıb. Pentaqonun bölgədəki hərbi obyektlərinə zərbə endirildi.

en ru

İran ordusu ABŞ-nin Küveytdəki üç mühüm bazasına dron hücumu təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin "anlaşmanı dəfələrlə pozmasla cavab olaraq" bu ölkənin Küveytdəki "Arifcan" bazası, Əl-Udeyd düşərgəsindəki helikopterlərin parklanma yerini və Küveytin " Əl-Cabir" bazasındakı binanı dronlarla hədəf alıb.

Məlumatda edilən hücumlar "regionda ABŞ-nin pozduğu təhlükəsizlik və sabitliyi bərpa etməklə" əsaslandırılıb.

Daha əvvəl Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sisteminin məhv edildiyi açıqlanmışdı.

Öz növbəsində, Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası yerinə yetirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…